"Mediada gender bərabərliyi və peşəkarlıq" adlı iki günlük təlim keçirilir - YENİLƏNİR-FOTOLAR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə baş tutan təlimin məqsədi jurnalistlərin peşəkarlıqlarının artırılmasıdır. SİA xəbər verir ki, Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli təlimi girişi sözü ilə açıblar.
Təlimdə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov, MEDİA-nın nümayəndəsi Pərvanə İbrahimova, media eksperti Aynur Bəşirli, hüquq müdafiəçisi, Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev və başqaları müxtəlif mövzularda çıxış edəcəklər.
Sonda iştirakçılara sertifikatlar veriləcək.
Kəmalə Təyyarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB