"Şuşada DOST Agentliyinin yeni filialı açılacaq" - SƏDR DANIŞDI

"Şuşada DOST Agentliyinin yeni filialı açılacaq" - SƏDR DANIŞDI

“Ümumi olaraq könüllülük proqramımızda altmış mindən çox gənc və yaşlı nəslin nümayəndəsi müraciət edib. Düşünürəm ki, bu sahədə fəaliyyətimiz daha da artacaq”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında DOST Agentliyinin idarə heyəti sədrinin Fərid Məmmədov deyib.

Onun sözlərinə görə, artıq biz bu ilin sonuna qədər Şuşa şəhərində DOST Agentliyinin yeni filialının təşkilini planlaşdırırıq: “Eyni zamanda bu ilin sonuna qədər Bərdə şəhərində regional DOST mərkəzi təşkil olunacaq. Yaxın bir neçə ay ərzində isə Bakı şəhərində növbəti DOST Agentliyinin filialı açılacaq. Təbiidir ki, bu filiallarda da könüllülərimiz iştirak edəcək. Bu da o deməkdir ki, bu ilin sonuna qədər ən az bir neçə min könüllümüz bu proqramlardan bəhrələnəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə