"Könüllülük hərəkatı artıqca biz daha çox uğur qazanacağıq" - Fərhad Hacıyev

"Könüllülük hərəkatı artıqca biz daha çox uğur qazanacağıq" - Fərhad Hacıyev

Bu gün “Sosial sahədə könüllülük” adlı forum keçirilib. SİA xəbər verir ki, forumda Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev çıxış edərək, gənclərin cəmiyyətdə özlərinə yerə tuta bilməsi üçün könüllü proqramlarının nə qədər önəmli olduğunu bildirib: “Bizim Gənclər Fondu ilə birgə böyük işlərimiz var. Düşünürəm ki, bu hərəkat nə qədər geniş vüsət alsa, biz bir o qədər də uğur qazanarıq. Sosial işlərdə də bu hərəkatı daha da genişləndirərək cəmiyyətimizə xidmət etməliyik. Mən sizi bir daha təbrik edir, Gənclər və İdman Nazirliyini daha geniş və sıx əlaqələrin qurulmasına dəvət edirəm”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə