Könüllü proqramları dövlət qurumları üçün də vacibdir

Könüllü proqramları dövlət qurumları üçün də vacibdir

Bu gün “Sosial sahədə könüllülük” adlı forum keçirilib. SİA xəbər verir ki, forumda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış edərək, könüllülük fəaliyyətinin vacibliyini vurğulayıb.

“Ölkəmizdə bu cür dəyərlərin daşıyıcısı olan gəncləri müşahidə edirik. Bu da bizim gələcəyimizin necə olacağını nümayiş etdirir. Torpaqlarımızın işğaldan azad olunmasından sonra da gənclərimizin cəmiyyətin həyatında rolu olduqca artıb. Bu gün biz çoxsaylı könüllü proqramlarının şahidi oluruq. Bu isə təbii ki, dövlət qurumları üçün olduqca vacibdir. Bir daha DOST könüllülərinin fəaliyyətinə uğurlar arzu edirəm”, deyə V.Hüseynov bildirib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə