"Artıq 200 könüllü bizim mərkəzlərdə işləyir" - NAZİR DANIŞDI

"Artıq 200 könüllü bizim mərkəzlərdə işləyir" - NAZİR DANIŞDI

“Könüllü proqramı Azərbaycanda böyük bir prosesə çevrilib. Bir çox DOST proqramları var. Artıq 4 altproqramımız var və bu gün 5-ci açıqlanacaq". SİA xəbər verir ki, bu sözləri “Sosial sahədə könüllülük” adlı forumda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, artıq 200 könüllü bizim mərkəzlərdə işləyir: "Mərkəzlərin sayı artdıqca da könüllülərin və daimi işə keçənlərin də sayı artacaq. Pandemiya şəraitində də könüllülərin rolu böyük oldu. İnanıram ki, hamımız birlikdə DOST könüllüləri, Gənclər Fondu, Təhsil Nazirliyinin könüllüləri hər zaman dövlətin yanında olmalı və dövlətlə birgə cəmiyyətə xidmət göstərməlisiz. Hər birinizə bu çətin işdə uğurlar arzu edirəm”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə