“Sosial sahədə könüllülük” adlı forum keçirilib - YENİLƏNİR-FOTOLAR

“Sosial sahədə könüllülük” adlı forum keçirilib - YENİLƏNİR-FOTOLAR

Bu gün DOST İnklüziv İnkişaf və Yaradıcılıq mərkəzində “Könüllü DOST” proqramının 3 illiyinə həsr olunmuş “Sosial sahədə könüllülük” adlı forum keçirilib. SİA xəbər verir ki, forumun məqsədi gənclərin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda iştirakının təmin edilməsi, sosial sahədə könüllülüyün faydaları və fəaliyyətin təbliği, sosial sahəyə marağın artırılması və korporativ sosial məsuliyyətliliyin dayanıqlılığının təmin edilməsidir.

Forumda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və digər qonaqlar iştirak ediblər.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə