Şəhid yaxınlarının və qazi övladlarının sünnət mərasimi keçirilib - FOTOLAR
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə İmişli rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının və “Zirvə ziyalılar” ictimai birliyinin birgə təşkilatçılığı ilə "İmişli Mərkəzi Rayon Xəstəxanası” PHŞ-də şəhid ailələrinin yaxınlarının, qazilərin, rayon ərazisində məskunlaşan məcburi köçkünlərin və digər şəxslərin övladlarının sünnət olunması üzrə xeyriyyə aksiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və sağlamlığını itirmiş qazilərimizin övladları bizlərə atalarının əmanətidir. Biz bu əmanəti daim qorumalıyıq.
Digər çıxış edənlər qeyd ediblər ki, şəhid və qazi övladlarına dövlətimizin rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. Xeyirxah aksiyada iştirak edən şəhid və qazi ailələri dövlətimizin onlara olan xüsusi diqqət və qayğısından razılıq edib, bu aksiyanın təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Sonda sünnət olunan uşaqlara hədiyyələr təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB