Uşaqlara imtahanın lazımlı olduğunu aşılamaq lazımdır - PSİXOLOQ AÇIQLADI
“İlk öncə valideynlər başa düşməlidirlər ki, imtahan faciə deyil və imtana hazırlıq prosesi daha vacibdir. Çünki imtahana hazırlıq prosesində düzgün plan qurularsa, uşaq da imtahandan kəsilməz. Lakin uşaq imtahandan kəsilibsə, valideynlər əvvəlcədən, imtahan qədər də bunu uşaqla danışmalıdırlar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, əlbəttə ki, burada müəllimlər və psixoloqların da rolu böyükdür. Uşağa ciddi şəkildə izah olunmalıdır ki, imtahan faciə deyil və həyatda təkcə imtahan bu deyil. Yenidən bu imtahanı vermək şansları var. Buna görə də bu məsələni faciəyə çevirmək lazım deyil.
Valideynlər də birmənalı anlamalıdırlar ki, bu uşaqların özləri üçün də son dərəcə ağır prosesdir. Valideyn ətrafını düşünürsə, uşaq da ətrafını düşünür. Təbii ki, uşaq da yaxşı bal toplamaq, yaxşı yerdə təhsil almaq istəyir. Amma əvvəlcədən hazırlıq mərhələsində uşağa imtahanın özü üçün lazım olduğunu aşılamaq lazımdır. Bütün bunları nəzərə alaraq, imtahana qədərki dövrdə də hər zaman övladlarımıza dəstək olmalıyıq. İmtahanın nəticəsinin uşağın öz gələcəyi üçün vacib olduğunu izah etməliyik. Bu zaman da təbii ki, imtahandan sonrakı prosesi də uşaq ağır qarşılamayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB