MEK-də 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub - FOTOLAR

MEK-də 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Bu günün uşaqları, sabahın ümidləri!” adlı tədbir keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni AzərbaycanPartiyası Yasamal rayon təşkilatının, “Qorqud” Vikipediya Metodik Klubunun və AMEA MərkəziElmi Kitabxanasının birgə təşkilatçılığı ilə keçiriləntədbirdə şəhid övladları, Şuşa şəhər 6 saylı tam ortaməktəbin, həmçinin Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənətgimnaziyasının şagirdləri iştirak ediblər. SİA xəbər verir ki, tədbirdə AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxış edərək, uşaqları bayrammünasibəti ilə təbrik edib, onlara gələcək həyatlarındauğurlar arzulayıb. Baş direktor Məmməd Əliyevbildirib ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən keçirilməsi qərara alınan bubayram dünyanın əksər ölkələrində olduğu kimiAzərbaycanda da hər il qeyd edilir. “Uşaqların sağlamvə firavan böyüməsi, onların rifahının yüksəldilməsidövlətin başlıca vəzifələrindən biridir. Bu gününuşaqları, Vətənimizin, millətimizin gələcəyidirlər”, - deyə professor Məmməd Əliyev vurğulayıb.

Tədbirdə çıxışı zamanı “Qorqud” Vikipediya MetodikKlubunun yaradılmasının təşəbbüskarı, millət vəkiliElnur Allahverdiyev bildirib ki, Azərbaycan cəmiyyətihəmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam vəgümrah, eyni zamanda, savadlı və vətənpərvərböyümələri üçün hər cür şərait yaratmağa çalışıb. Millət vəkili ölkədə bu sahənin fəaliyyətinitənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsiməqsədilə ardıcıl islahatların həyata keçirildiyini, uşaqhüquqlarının müdafiəsi sahəsində addımlar atıldığınıbildirib, həmçinin Heydər Əliyev Fondunun gördüyüişlərin uşaqların parlaq gələcəyinə yönəldiyini qeydedib.

Sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısınınmüavini Təravət Muradova, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev uşaqların milli ruhda, tarixi ənənələrə, soykökünə bağlanan birvətəndaş olaraq böyümələrini, onların inkişafındacəmiyyətin, təhsilin rolundan bəhs ediblər. Çıxışçılaruşaqlara Zəfər çalan Azərbaycanı layiqincə təmsil edənparlaq gələcək arzulayıb.

Tədbir zamanı MEK əməkdaşlarının kiçik yaşlıövladlarının əl işlərindən ibarət rəsm sərgisinə baxışkeçirilib. Rəsm müsabiqəsinin qalibləri, Yasamalrayonundakı məktəblərin fərqlənən 11-ci sinifşagirdləri tədbirin təşkilatçıları tərəfindənmükafatlandırılıblar.

Bədii hissədə Azərbaycan Milli Konservatoriyasınıntərkibində Respublika İncəsənət gimnaziyasınınşagirdləri “Bayraq mənliyimdir, bayraq kimliyim” adlısəhnə ilə çıxış ediblər, müxtəlif rəqs nömrələri nümayişolunub. Həmçinin məktəbli Nərmin Yəhyazadəninböyük satirik M.Ə.Sabirin 160 illik yubileyimünasibətilə “Bəhri-təvil”ini səsləndirməsi iştirakçılartərəfindən alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə