AİB-in Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

AİB-in Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

Azərbaycanda işgüzar səfərdə olan Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Matsey Çura ilə ekologiya və təbii sərvətlər Naziri Muxtar Babayev arasında görüş olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın ətraf mühit sahəsi üçün potensial investisiya imkanları, su resurslarının səmərəli idarə olunması ilə bağlı layihələr, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə