“Kilo almaq xətrinə qida rejimini pozmaq və qeyri-sağlam qidalanmaq düzgün deyil. Ümumiyyətlə birinci növbədə orqanizm üçün hansı çəkinin ideal olduğunu bilmək lazımdır. Çünki yanlış şəkildə alınan çəkilər bədəndə piylənməyə səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, əsas məsələ burada ideal çəkidə olmağı təmin etməkdir: “İdeal çəki isə orqanizmin yaşına, çəkisinə, şəxsin xroniki xəstəliklərinin olub-olmamasından asılıdır. Orqanizmin yağ, əzələ, sümük kütləsi dəqiq bilinməlidir ki, artıq bundan sonra ideal çəki bilinsin. Bundan sonra isə artıq nə qədər zəiflik varsa, o şəkildə qida artımını təmin etmək lazımdır.
Mütləq şəkildə səhər yeməyi yeyilməlidir. Səhər yeməyində də kilo ala bilmək üçün zərərli qidalar qəbul etmək olmaz. Günlük enerji sərfinə görə balanslı şəkildə kalori almaq tövsiyyə olunur.
Səhər yeməyində mütləq pendir, yağ, bal, zeytun, yumurta və tərəvəzlərdən istifadə etmək lazımdır. Mütləq şəkildə səhərlər bir stəkan su və ya ballı su qəbul edilə bilər. Bəzi günlərdə hətta qatıq, ayran, kefirlə də günə başlamaq olar. Bunlar da çox faydalı hesab olunur.
Mütləq gün ərzində 3-4 dəfə ana yeməklə qidalanmalıdır. Su miqdarına diqqət etmək lazımdır. Ümumiyyətlə qida dəyəri olan ərzaq qəbulu ilə kökəlməyə çalışmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB