Balaca fidanların arzuları gözləri doldurdu - SORĞU

Balaca fidanların arzuları gözləri doldurdu - SORĞU

1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu tarixi gün Azərbaycan da qeyd edilir. Bu gün münasibəti ilə SİA uşaqlar arasında sorğu keçirib.

9 yaşlı Nurəhməd Sərdayev: “Mən bir nömrəli məktəbdə təhsil alıram. Ən çox sevdiyim və həvəslə oxuduğum fənn riyaziyyat fənnidir. Əsasən boş vaxtlarımda ya kitab oxuyuram, ya da ki, idmanla məşğul oluram. Çünki idman insanın həm boyunu uzadır, həm onu sağlam şəkildə böyüməsinə yardımçı olar. Mənim çoxlu dostlarım var. Onların hər birini çox sevirəm. 1 iyun - Uşaqlar günü münasibətilə də hər birini təbrik edirəm və onların həmişə ağıllı olmalarını arzulayıram”.

10 yaşlı Mədinə Nurmədova: “Mən bir nömrəli məktəbin 4-cü sinifində oxuyuram. Gündəlik olaraq boş vaxtlarımda musiqi ilə məşğul oluram. Hətta deyə bilərəm ki, musiqi mənim üçün hər şeydir. Böyüyəndə mühəndis olmaq istəyirəm. Ən böyük arzum məktəbi yaxşı oxuyub, universitetə daxil olmaqdır. Mən bütün uşaqlara yaxşı oxumalarını və Vətən üçün layiqli övlad olmaqlarını arzulayıram”.

10 yaşlı Sənan Məcidzadə: 4-cü sinifdə oxuyuram. Boş vaxtlarımda üzgüçülüklə məşğul oluram. Çünki üzgüçülük insanın bədənini gücləndirir. Mən də buna görə boş vaxtım olan kimi idman edirəm. Məktəbdə ən yaxşı riyyaziyyat fənnini oxuyuram. Buradan bütün uşaqlara səslənirəm ki, hamısı xoşbəxt olsun və arzularının arxasınca getsinlər. Qoy bütün uşaqlar analı-atalı böyüsün. Mən sizləri çox sevirəm”.

9 yaşlı Zümrüd Rüstəmzadə: "Mən də 1 nömrəli məktəbdə təhsil alıram. Gələcəkdə hansı sənətə yiyələnəcəyim barəsində heç bir qənaətə gəlməmişəm. Amma ən çox rus və ingilis dilində olan kitabları oxuyuram. Boş vaxtlarımda rəqs etməyi çox sevirəm. Bunun üçün hətta rəqsə də gedirəm. Bütün uşaqlara can salığı və çoxlu pul arzulayıram”.

9 yaşlı Leyla Məmmədova: "Böyüyəndə həkim olmaq istəyirəm. Bunun üçün də dərslərimi yaxşı oxuyuram ki, arzum gərçəkləşsin. Bütün uşaqlara yeni dərs ilində müvəfəqiyyətlər arzu edirəm. Əsasən boş vaxtlarımda kitab oxuyuram. Ona görə ki, mən kitabları çox sevirəm. Həmçinin bütün uşaqlara da çoxlu kitab oxumağı tövsiyyə edirəm. Mən həm də gimnastika ilə məşğul oluram”.

10 yaşlı Rəşid Əliyev: "Mən 4-cü sinifdə oxuyuram amma indi 5-ci sinifə keçmişəm. 1 saylı tam orta məktəbdə təhsil alıram. Mən həyat bilgisi dərsini çox sevirəm. Çünki bu fənn sayəsində bizim bütün ətraf-mühit haqqında məlumatımız olur. Boş vaxtlarımda ensiklopediya oxumağı çox sevirəm. Böyüyəndə alim və həkim olmaq istiyirəm. Buradan uşaqlara məsləhət görərdim ki, onlar da mənim kimi ensiklopediyanı oxusunlar. Ona görə ki, burada çox maraqlı məlumatlar var”.

10 yaşlı Alisin Yasinova: “Mənim ən böyük arzum modelyer olmaqdır. Bunun üçün də hər gün geyim rəsmləri çəkirəm. Bilirəm ki, böyüyəndə mənim bu arzum yerinə yetəcək. Bütün hamıya xoşbəxt olmağı arzu edirəm. Qoy hamısı xoşbəxt və bəxtəvər olsun. Hamımız sağlam və yaxşı şəkildə böyüyüb boya-başa çataq”.

9 yaşlı Nazilə Quluzadə: “Mənim ən çox sevdiyim fənn rus dilidir. Boş vaxtlarımda rəsm çəkirəm. Çünki böyüyən də dizayner olacam. Hamı mənim dizaynlarımdan danışacaq. Həmçinin bunlarla yanaşı rəqs etməyi də çox sevirəm. Bu həyatdakı ən böyük arzum bağ evimizin tikilib qutarmasıdır. 1 iyun Uşaqlar günü münasibəti ilə bütün uşaqları təbrik edirəm. Neçə belə bayramlara çıxasız”.

10 yaşlı Səyidə Hüseynzadə: “Mən boş vaxtlarımda dostlarımla gəzməyi çox sevirəm. Məktəbdə rus dilini çox yaxşı oxuyuram. Bu həyatda hər zaman ailəmin və dostlarımın mənim yanımda olmasını istəyirəm. Arzu edirəm ki, onlar məndən heç vaxt ayrılmasın. Çünki onları çox sevirəm. Bunun üçündə bütün uşaqlara ailələrinin onların hər zaman yanında olmalaırnı diləyirəm. Eyni zamanda hər zaman dürüst olmağı onlara tövsiyyə edirəm”.

10 yaşlı Mehdi Aşırov: “Mən böyüyəndə həkim olacam. Buna görə həkim kinolarına baxıram. Ən böyük arzum bütün uşaqlara yardım etməkdir. Bütün uşaqlara xoşbəxtlik və sağlamlıq arzu edirəm. Həmçinin demək istəyirəm ki, onların hər zaman üzü gülsün. Uşaqlar heç vaxt pis olmasınlar, hər zaman nə arzuları varsa yerinə yetsin”.

10 yaşlı Abdulla Sultanov: “Mən 4-cü sinifdə oxuyuram. Bütün qiymətlərim əladır. Boş zamanlarımda şəkil çəkməyi çox sevirəm. Çəkdiyim şəkillərin də hər birini saxlayıram. Mənim çoxlu dostlarım var. Onların hər birini çox sevirəm. İnşallah ki, onlar həmişə mənimlə olarlar. Uşaqlara demək istəyirəm ki, dərslərini yaxşı oxuyub 5 alsınlar. Mən polis olmaq istəyirəm. Bunun üçün də yaxşı oxuyuram ki, universitetə daxil olum”.

9yaşlı Aydan Əliyeva: “Mən 3-cü sinifdə oxuyuram. Bu il dərslərimin hamısından 5 alıb əlaçı olaraq məktəbi bitirdim. Əsasən idmanla məşğul oluram. Amma böyüyəndə dizayner olmaq istəyirəm. Ən böyük arzum çox böyük bir evimin olmasıdır. Diləyirəm ki, bütün uşaqlar yaxşı və ağıllı olsunlar”.

11 yaşlı Nuribəxt Məmmədli: “Mən 5-ci sinifdə oxuyuram. Bütün dərslərimi əla oxuyuram. Böyüyəndə proqramçı olacağam. Əsasən rus dilində kitablar oxumağı çox sevirəm. Bütün uşaqların yaxşı olmaqlarını istəyirəm. Allah hamısına kömək olsun. Gələcəkdə bütün uşaqların böyük nəticələr əldə etmələrini arzulayıram. Düşünürəm ki, bütün uşaqlar ağıllı olub, dərslərini yaxşı oxusalar hər şey yaxşı olacaq”.

10 yaşlı Mədinə Məlikova: “Mən məktəbdə riyyaziyyat fənnini çox yaxşı oxuyuram. Hətta bunun üçün müəllimlərim məni həmişə tərifləyir. Boş zamanlarımda telefonla oynayıram və ya dostlarımla müxtəlif cür oyunlar oynayıram. Mən bütün dostlarımı çox sevirəm. Uşaqlar günü münasibəti ilə də bütün dostlarımı təbrik edirəm. Qoy onlar hər zaman yaxşı böyüsünlər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə