“Ən geniş yayılmış xəstəliklərdən biri də zob xəstəliyidir. Bu qalxanabənzər vəzin ifraz etdiyi hormonların miqdarının artması və ya azalması nəticəsində yaranır”. Bu sözləri SİA-ya açıqlamasında həkim Tariel Eyvazov bildirib.

Onun sözlərinə görə, qalxanabənzər vəz özü boynun ön hissəsində yerləşir, çəkisi isə 2-4 qram arasında dəyişir: “Zob xəstəliyinə qadınlarda kişilərdən daha çox rast gəlinir. Bizim ölkəmizdə 10 xəstədən 8-i qadınlardır. Hələ ümumdünya statiskasında bu göstəricilər daha çoxdur. Araşdırmalar nəticəsində bu qənaətə gəlinib ki, qadınlar immun sisteminə birbaşa təsir edən, hamiləlik, doğuş, südvermə zamanı qalxanabənzər vəzin funksiyasında yüklənmə baş verir. Buna görə də qadınlarda bu xəstəlik özünü daha çox göstərir. Eyni zob xəstəliyi yod çatışmamazlığından yaranır. Amma son tədqiqatlar göstərir ki, bu tam olaraq belə deyil. Əsas əlamət olaraq gözlərə təsir göstərir. Bundan əlavə insan arıqlayır, halsız olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB