"Zaman keçdikcə reket mediadan birdəfəlik qurtulacağıq” - BAŞ REDAKTOR DANIŞDI

"Zaman keçdikcə reket mediadan birdəfəlik qurtulacağıq” - BAŞ REDAKTOR DANIŞDI

“Biz uzun illər Mətbuat Şurasında reket qəzetlərin qarşısını almaq üçün müzakirələr aparmışıq. Bununla bağlı komissiya var idi və sədri Vüqar Rəhimzadə idi. Gələn təkliflərin içərisində açıq görünürdü ki, insanları şantaj edən qəzetlər var”. Bu sözləri SİA-ya açıqlamasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib.

Onun sözlərinə görə, həmin qəzetlərin siyahısı tutulurdu. Bu "qara siyahı" adlanırdı. Müəyyən dərəcədə biz bu kimi halların qarşısını ala bilmişdik. Lakin yeni kanallar və.s yarandıqdan sonra hansısa özünü tənzimləmə yolu ilə həll olunması mürəkkəbləşib. Hazırda Media Agentliyi yaradılıb. Onların həm nizamnamə, həm də etik kodeksi ilə bağlı gördükləri işlər təqdirəlayiqdir. Düşünürəm ki, bu kimi məsələləri zaman həll edəcək. Zaman keçdikcə yenə də ciddi, etibarlı, məsuliyyətli media diqqət mərkəzində olacaq və reket mediadan birdəfəlik qurtulacağıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə