"Bu cür verlişlərin yayımlanmasına icazə verilməməlidir" - JURNALİST EKSPERT BİLDİRDİ
“Keçmişdə və ya indi narkotik vasitələrdən istifadə edən insanların həyatlarından bəhs edən müsahibələrin və ya reportajların yayımlanmasına ehtiyac yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bildirib.
Onun sözlərinə görə, bu cür verlişlər heç də maarifləndirici xarakter daşımır: “Belə verlişləri yayımlanmamışdan qabaq mütləq şəkildə psixoloqdan məsləhət alınmalıdır. Çünki məhz psixoloqun rəyindən sonra dəqiq məlum olar ki, belə verlişləri yayımlamaq olar ya yox. Lakin bizdə çox təssüflər olsun ki, psixoloqların rəyi öyrənilmir. Təbii ki, bu kimi verlişlərə qadağa qoymaq mümkün deyil. Ona görə ki, burada heç bir qayda pozuntusu yoxdur. Lakin mənəvi baxımdan bu kimi verlişlərin yayımlanmasına ehtiyac yoxdur. Bunun yerinə normal maarifləndirici proqramlara üstünlük versələr daha yaxşı olar. Bununla yanaşıbelə verlişlərdə baxış sayısıda çox önəmli faktordur. Misal olaraq hər hansısa bir jurnalist narkotik vasitədən istifadə edən bir insan haqqında müsahibə hazırlayırsa və həmin materialın bir hissəsini “Tik-tok”-da paylaşır və bu çox baxış əldə edir. Bu səbəbdən də artıq bu kimi verlişlərə olan maraq getdikcə artır. Burada psixoloji bir məqam ondan ibarətdir ki, deməli insanlar bu kimi verlişlərə baxmağa daha çox meyillidirlər. Yaxşıolar ki, ziyalı insanlarımız belə verlişlərin yayımlanmasına icazə verməsinlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB