“Hər bir insan özünün həyat tərzini ona vacib olan həyati tələbatlarını düzgün şəkildə ödəməyi bacarmalıdır. İnsanın tələbatlarından biri də onun yuxu rejimidir. İnsanın psixologiyası elə qurulub ki, insan müəyyən saatdan sonra bədəni yorulur və beyni yatmaq rejimini tələb edir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, yuxu rejimi də müəyyən saat çərçivəsində fərdi formada nizamlanır: “Ümumiyyətlə insanlar dincəlməli, yorğunluqlarını çıxartmalıdırlar.
Yuxu insanın gün ərzində itirdiyi enerjisini bərpa edir. Yuxu rejimi insanın sinir sistemini tənzimləyir. Ümumiyyətlə yuxu insanın sağlam həyat mühitinə qatılmasına yardımçı olur.
Bəzi hallarda isə insanlar yuxularını düzgün idarə etmirlər.
Telefondan istifadə, oyun oynamaq, mənasız yerə sosial şəbəkələrdə zaman keçirmək kimi vərdişlər insanın yuxusuna haram qatır. İnsan özü də bilmədən bu zaman haram qatdığı yuxusu ərşə çəkilir. Yuxu rejiminin pozulması isə insanın psixologiyasına da öz mənfi təsirlərini göstərir. Yuxusuzluq insanı aresiv edir. Eyni zamanda yuxusuzluq insanda böyük bir enerji qıtlığına da səbəb olur. Bu zaman isə bu problem insanda mənəvi yorğunluqla yanaşı, fiziki yorğunluğa da səbəb olur. Hətta yuxusuz insanların nitqində belə müəyyən maneələr olur.
Lakin təbii ki, yuxusuzluqla bərabər həddindən artıq çox yatmaq da düzgün hesab olunmur.
Buna görə də düzgün psixologiyaya sahib olmaq və fiziki baxımdan da enerjili olmaq üçün yuxu rejimimizi düzgün tənzimləməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB