Naxçıvan MR-nın daimi nümayəndəliyi və Naxçıvanın DİN-i birgə məlumat yayıb

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. SİA xəbərinə görə, məlumatda deyilir:

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi çoxsaylı müraciətləri nəzərə alaraq bildirir ki, 04 may 2022-ci il tarixdən etibarən həyata keçirilən, Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi yaşayış qeydiyyatda olan muxtar respublika sakinlərinin istifadə müddəti bitmiş, itirilmiş yaxud da istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin Bakı şəhəri, Rəşid Behbudov küçəsi-130 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərən Naxçıvan MR Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yenilənməsi prosesi 14 iyun 2022-ci il tarixinədək uzadılmışdır.

Tel:(012) 590-64-43,590-64-31.

Bütün xəbərlər Facebook səhifəmizdə