"Kənd adları qoyaraq yaradıcı düşünmək lazımdır" - SOSİOLOQ AÇIQLADI

"Kənd adları qoyaraq yaradıcı düşünmək lazımdır" - SOSİOLOQ AÇIQLADI

“Küçə adlarının dəyişməsi ilə bağlı kəskin fikir demək doğru deyil. Lakin küçə adlarında daha yaradıcı yanaşmaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib.

Onun sözlərinə görə, çünki bəzi kəndlərin adı elə sənədləşib: “Bu zaman da insanlarda sual yaranır ki, nəyə görə həmin kəndlərin adını o cür sənədləşdiriblər. Misal olaraq Tovuz rayonunun “Aşığayıblı” adlı bir kənd var. Bu kəndin adı da eyni ilə bu formada sənədləşdirilib. Fikrimcə, bəlkə də, o zamanlar kəndin adını siyahıya salan insan ya erməni, ya da rus əsilli olub ki, bizim dilimizi yaxşı bilməyib və belə də siyahıya alıb. Yəqin ki, bu “Aşağıəyyublu” olub lakin bu adı kənd camaatı “Aşağıayıblı” edib. Yadıma gəlir ki, mənim bir tələbəm var idi və o hər dəfə öz kəndinin adını deməyə utanırdı. Bir gün ANS televiziyasının efirində idim və canlı yayımda bir vətəndaş zəng edərək öz kəndinin adından utandığını bildirdi. Ona görə bu məsələlər də yaradıcı düşüncəyə çox ehtiyac var. Biz bilmədən xoşumuza gələn adı qoya bilirik və bunun mənasını bilmirik. Lakin hər hansısa bir ad qoyarkən onun mənasını bilməliyik. O adları dəyişmək lazımdır ki, həmin adlar biraz biədəb və kobud səslənir. Türkiyənin və ya Orta Asiyanın bir sıra ölkələrində milli ornomentləri əks etdirən adları üstünlük təşkil edir. Bizdə isə sanki o milli ruhu əks etdirən ornomentlərdən heykəllərdən biraz qorxuruq. Həmçinin şəhərimizin o cür ruhda boyanmasının qarşısını alırıq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə