"Yeniyetmənin inkişafında valideyn nəzarəti olmazsa,..." - PSİXOLOQ AÇIQLADI

“Yeniyetməlik yaş dönəminin özünün xüsusiyyətləri olur. Bunun da inkişaf dinamikası zamanla bu həddə çatır. Yeniyetməlik dövrü elə bir yaşdır ki, onlar məntiqləri ilə deyil, duyğuları ilə yaşayırlar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, yeniyetmə yaşı özünü mütəmadi yazıq sayan, daim özünü haqlı hesab edən yaş dövrüdür: “Bir çox faktorlar var ki, yeniyetmənin öhdəliyinə düşür. Yeniyetmə abituryentdir, oxumalıdır, ali məktəbə qəbul olmaq üçün çalışmalıdır və s. bu kimi fikirlər yeniyetmə üçün bir yük olur. Üstəlik hormonal dəyişiklik onların fizioloji quruluşuna təsir edir.

Valideynlərdən gələn tələblər də uşaqları yorur. Bütün bunlar yeniyetmətləri bezdirir. Onlar artıq hər mövzuda özlərini haqlı, qarşı tərəfi haqsız hesab edirlər. Yeniyetmətlər həm də çılğın olur və ağıllarına nə gəlirsə edirlər. Yeniyetmənin inkişafında valideyn nəzarəti olmazsa, o xaotik formada inkişaf edir. Özünün doğru bildiyi yanlışları ilə böyüyür.

Ümumiyyətlə valideyn uşağının psixi inkişafını izləməli, onun yanında olmalıdır. Yeniyetməni dinləmək lazımdır. Eyni zamanda bu dövrdə uşaqların cinsi tərbiyəsində olduqca vacibdir. Bir çox hallarda valideynlər bu kimi məsələləri uşaqları ilə danışmaqdan utanırlar. Lakin bu zaman da yeniyetməlik yaşından etibarən, hormonal dəyişikliklərə əsasən bilgiləri kənardan almağa çalışırlar. Kənardan aldıqları bilgilərin nə dərəcədə doğru olduğunu isə bilmirik. Buna görə də valideynlər yeniyetmə dövründə uşaqla necə davranmaq lazımdır ki, suallara cavab tapmalı və bu mövzuda maariflənməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə