Yürüş insanın bir nömrəli dərmanıdır - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

“Ümumiyyətlə hər yeməkdən sonra el sözü var ki, “40 addım atmaq lazımdır”. Təbii ki, yürüş insanın bir nömrəli dərmanıdır. Xüsusilə də ürək-qan damar sistemi üçün çox faydalıdır. Ürək həkimləri də hər zaman insanlara yürüşü məsləhət görür”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib.

Onun sözlərinə görə, yürüş edən insanda metobolizma sürətlənir və rahat həzm prosesinə səbəb olur: “Metobolizmanın sürətlənməsi də qidaların həzmini asanlaşdırır. Eyni zamanda bu həm də fiziki aktivlikdir. İnsan orqanizmi üçün hər zaman faydalıdır.

Yemək yedikdən sonra ağır atletika, müəyyən idmanlarla məşğul olmaq olmaz. Amma yürüş üçün heç bir problem yoxdur, əksinə faydaları daha çoxdur.

Yürüş edən zaman çalışmaq lazımdır ki, səhər saatlarında, yəni günəş çıxandan saat 11-ə kimi olan vaxtda yürüş edə bilərlər. Lakin daha sonra günəş şüaları altında yürüş etməyin heç bir faydası yoxdur.

Axşam saatlarında, yəni saat 17:00-dan sonra da gün batana qədər gəzdikdə də “D” vitamini qəbul etmiş olacaqlar ki, bu da immun sistemini gücləndirəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə