Meyvə-tərəvəz zəhərlənmələri nədən baş verir? - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI
“Tərəvəz zəhərlənmələri, əsasən, pestisitlərlə yetişdirilmiş meyvə-tərəvəzlər nəticəsində baş verir”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salmanov bildirib.

Onun sözlərinə görə, insanların çoxu meyvə-tərəvəzlərin, göyərtilərin çoxunu sirkəli suda yuyurlar: “Sirkənin özündə də turşu olduğuna görə pestisitlərlə reaksiyaya girərək kimyəvi zəhərlənməyə yol aça bilər. Ona görə də tərəvəzlərin və göyərtilərin də çay sodası ilə yuyulması daha məqsədə uyğundur. Meyvə-tərəvəzlər yaxşı yuyulub, qurulanmadığı halda mikrobioloji zəhərlənmə baş verə bilər. Çünki əsasən torpaqda yetişən meyvə və tərəvəzlərdə botulizim bakteriyası var. Bu bakteriyada yaxşı yuyulmadığı təqdirdə tərəvəzlərin tərkibində qalır. Ona görə də tərəvəzlər çay sodasında 10-15 dəqiqə saxlandıqdan sonra yaxşı qurudularaq yeyilməlidir. Meyvələrdə isə çiyələk az bir müddətdə su da saxlanılmalıdır. Çünki uzun müddət su da qaldıqdan sonra çiyələk öz görünüşünü itirir ona görə də çiyələyi 5 dəqiqə sodalı suda saxladıqdan sonra yemək daha məqsədə uyğundur. Hazırda bazarda hibrid məhsullar baş alıb gedir.
Hibriddə pestisit olmadan əmələ gələn bir məhsul deyil. Pestisitlərin də normadan çox istifadəsi meyvə-tərəvəzlərdə nitratın artmasına gətirib çıxarır. Nitrat zəhərlənməsi də qaçılmazdır. Onun üçündə bunun çıxışı yolu kənd məhsullarına daha çox üstünlük verilməsidir. İnsanlar həmin məhsulun pestisitlərdən kənar yetişdirildiyindən əmin olmalıdır. Belə olduğu təqdirdə də, onu düzgün şəkildə yuyub daha sonra qidalandıqda heç bir zəhərlənmə hadisəsi baş verməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB