Yaxın üç gün ərzində hava belə olacaq - DİQQƏT! - DİREKTOR AÇIQLADI

"Yaxın iki-üç gün ərzində Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir". Bu sözləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, cənub küləyi əsəcək: "Havanın temperaturu 21-26 dərəcə isti olacaq. Bölgələrdə isə mayın 26-sı səhər saatlarında yağıntıların kəsiləcəyi gözlənilir. May ayının 27-si və 28-də isə yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu Mərkəzi Aran rayonlarında 23-28 dərəcə, dağlarda isə 5-10 dərəcə isti olacaq".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə