Sağlam qidalanma zamanı nəyə diqqət etmək lazımdır? - MÜTƏXƏSSİS AÇIQLADI

“Sağlam qidalanma dedikdə təmiz, mənşəyi bəlli olan qidalardan istifadə etmək və günlük qidalarımızı müəyyən porsiyalarla qəbul etmək nəzərdə tutulur. Birinci növbədə günlük olaraq maye balansını təmin etmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, maye balansı isə hər orqanizmdə hər çəkiyə görə 0.30 ml hesab olunur: “Yay mövsümündə fiziki aktivliyimiz çox olduqda tərləməyə daha çox məruz qalırıqsa, bu zaman mayenin miqdarını artırmaq olar. Bundan başqa mütləq şəkildə səhər yeməyi yeyilməlidir. Qəti şəkildə səhər yeməyindən imtina etmək düzgün deyil. Ən sağlam şəkildə saat 10-da qəbul olunması nəzərdə tutulur. Çünki mədə şirəsi tam 10-nun yarısından sonra artıq başlayır ki, bu zaman qida düzgün şəkildə həzm olunur. Yaxşı olar ki, yeməkləri qəbul edərkən həddindən artıq qızardılmış, qaynadılmış qidalara üstünlük verilməsin. Eyni zamanda, axşam saatlarında daha asan həzm olunan qidalar daha faydalı hesab olunur.

Mənşəyini bilmədiyimiz qidaları rasionumuzdan çıxarmaq yaxşı olar. Daha öncədən hazırlanmış, paketlənmiş qidalardan da imtina etmək lazımdır. Qazlı və şəkərli içkilərin qəbul edilməsi düzgün deyil.

Ən əsas məsələ isə şəkər, un və duzdan istifadə zamanı diqqətli olmaq və günlük miqdarı keçməməkdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə