Valideyn-övlad münasibətinə BAXIŞ NECƏDİR? - PSİXOLOQ AÇIQLADI

"Bu gün ailələrdə valideyn-övlad münasibətlərinin düzgün qurulmaması uşaqların intihar etməsinə səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, əsasən yeniyetməlik dövründə bu hallar daha çox baş verir: "Bu gün yeniyetmənin "valideynim məni anlamır, bəs mənə kim kömək etsin?" sualına daha tez-tez rastlaşıram. Bu cür valideynlər övladlarını sevir və onlara qayğı göstərirlər. Sadəcə bu günün reallığına uyğun olaraq övladlarımız indiki dövrün uşaqları olduğundan sanki övladımızı anlamaq istəmirik. Valideyn günün reallığına uyğun olaraq dava-dalaşsız münasibət qura bilmir. Övladımızı rəğbətləndirdiyimiz kimi onlara küskünlüyümüzü də bildirməliyik. Biri də var ki, biz övladımızı stressə salırıq. Stress anında övladımızın psixi xüsusiyyətini bilmədiyimizə görə, övladımızı özümüzdən daha da uzaqlaşdırırıq. Odur ki, övladımızla qurulacaq münasibətdə ilk olaraq övladımızdan nə istəyirik sualına cavab verməliyik. Bu gün özümüz əldə etmədiyimiz uğurları övladımıza yüklədiyimiz zaman düşünmürük ki, onun beyninin içərisində bir balaca stress çıxış yolunu intiharda görsün. Valideyn-övlad münasibətlərində biz əlimizdən gələni edirik ki, onları qazanmaq əvəzinə itirməyək".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə