Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə edilir

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən SİA-ya bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

2. Afiyəddin Cəlilov küçəsində, əsasən, Fəzayıl Bayramov küçəsi ilə kəsişməsindən, Cavanşir körpüsünün üzəri istiqamətində sıxlıq müşahidə olunur.

3. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq müşahidə olunur.

4. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Novruzov qardaşları küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur

5. Koroğlu Rəhimov küçəsində, Gülarə Qədirbəyova küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

6. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Səməd Vurğun küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

7. 28 May küçəsinin, Aleksandr Puşkin küçəsi ilə kəsişmədən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Bülbül prospekti istiqamətində sıxlıq müşahidə olunur.

8. Rəşid Behbudov küçəsinin, Xaqani küçəsi ilə kəsişməsindən, Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq müşahidə olunur.

9. Xaqani küçəsində, Bülbül prospekti ilə kəsişmədən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Kövkəb Səfərəliyeva küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

10. Bülbül prospektində, Sahil metro stansiyasının qarşısı da daxil olmaqla,Xaqani küçəsi ilə kəsişmədən,Neftçilər prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə