İnsanı intihara sövq edən hallar AÇIQLANDI - DİQQƏT! - PSİXOLOQ DANIŞDI

“Mən hər zaman qeyd edirəm ki, intihar edən insan ölmək istədiyi üçün bu adımı atmır, əksinə yaşaya bilmədiyi və ya yaşamaq istəmədiyi üçün edir. Burada çox böyük fərq var”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Onun sözlərinə görə, həmin insan üçün yaşamaq o qədər ağır gəlir ki, artıq həyatını sonlandırmaq istəyir: “İntihar etmək istəyən insan müxtəlif səbəblərdən bu yolu seçə bilər. Əsasən intihara meyilli olan insanlar psixoloji cəhətdən gərgin vəziyyətdə olur və özünü tənha, güvənsiz hiss edir. Yeniyetmələr arasında da bu hallar yaşansa da, yaşca böyük olan insanlarda intihar halları daha çox rast gəlinir. Həmin insanlar psixoloji xəstəliklər istisna olmaq şərti ilə maddi sıxıntılardan, boşanmalardan, şantajlardan və s. digər səbəblərdən də bu qərara gəlirlər. Lakin daha çox şəxsi qorxular yeniyetmələrdə müşahidə olunur. Misal olaraq "imtahandan kəsilsəm camahat nə deyər", "sevgilimdən ayrıldım" və s. Burada çox zaman sual yaranır ki, necə bilmək olar ki, hər hansısa bir insan da intihar edəcək? Bəlkə də ilk baxdığımız zaman yanımızdakı şəxsin depressiyada olduğunu bilə bilmərik. Amma unutmayaq ki, intihara cəhd edən və bu haqda düşünən insanların böyük bir qisminin dərdi yaxınları tərəfindən qəbul edilməməyidir. Yəni biz öz yaxınlarımıza şüuraltı olaraq o mesajı yollasaq ki, hər hansısa bir problem baş verildiyi zaman mən səni buraxaram artıq həmin insan da intihara meyillik yarana bilər. Bunun üçün də biz yaxınımızda olan insana o güvəni ötürə bilməliyik ki, mən sənin hər zaman yanındayam. Təbii ki, heç bir halda ölməyə dəyməz və həyat bütün hallarda gözəldir. Uşaqların və gənclərin üzərinə bu qədər məsuliyyət qoymasaq bu kimi hallar yaranmaz. Misal olaraq borcun varsa, ayrılmısansa və yaxud imtahandan kəsilmisənsə bu dünyanın sonu deyil. Yəni hər zaman bir çıxış yolu vardır. Psixologiyası sağlam olan, sevilən insanlar intihar haqqında düşünmürlər. Bütün insanlara tövsiyyə edərdim ki, belə bir fikir ağlına gələrsə və yaxınlarına güvənmirsə bir peşəkara müraciət etsinlər. Bəzən insanın ən böyük uğuru həyatda qala bilməkdir. Bu uğuru da bilərək özümüzü məhrum etməyək. Çünki həqiqətən də yaşamağı seçmək və çətinliyin öhdəsindən gəlmək artıq uğurun özü deməkdir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...