Hindistan Səfirliyi tədbirlərə start verib - FOTOLAR

21 iyun 2022-ci il tarixində Azərbaycanda 8-ci Beynəlxalq Yoqa Günü (IDY 2022) qeyd olunacaq. Hindistan Səfirliyindən SİA-ya verilən məlumata görə, bununla bağlı baş tutmuş tədbirdə çıxış edən Hindistan səfiri cənab B. Vanlalvavnanın sözlərinə görə, Səfirlik müxtəlif yoqa məktəbləri və dövlət qurumları ilə əməkdaşlıq edərək 21 iyun Beynəlxalq Yoqa Günü ərəfəsində Bakıda və Azərbaycanın bir sıra region mərkəzlərində yoqa tədbirləri təşkil edəcək. Yoqa tədbirləri Bakıda və onun ətrafında yerləşən məşhur məkanlarda – Qobustan, Atəşgah, Yanardağ, İçərişəhər və Heydər Əliyev Mərkəzinin parkında təşkil olunacaq. Bundan başqa, regional gənclər mərkəzləri ilə birgə Sumqayıt, Lənkəran və Qubada da yoqa tədbirləri keçiriləcək.

Yoqa müəllimləri cənab Kənan Məmmədov (Art of Living), cənab Elçin Quliyev (Klassik Yoqa Məktəbi), xanım Səbinə Şahi (Yoga Shahi Studio), xanım Ruqiya Əşrəfli (Ruchira Yoga Space), xanım Lalə Xancanova və xanım Preeti Ullas sözügedən yoqa seanslarına rəhbərlik edəcəklər. İlk iki sessiya mayın 26 və 30-da Nərimanov rayonu, Olimpiya küçəsi, 6A ünvanında yerləşən Hindistan Səfirliyində keçiriləcək.

Yoqa proqramları haqqında ətraflı məlumatı Səfirliyin Facebook (facebook.com/indiainazerbaijan) və Twitter (twitter.com/indembassybaku) səhifələrində ala bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə