İnsanın düşüncəsində yaratdığı vəziyyət duyğudur - PSİXOLOQ DANIŞDI

“İnsanların əhval-ruhiyyəsi yaşam şərtlərindən əlaqədar olaraq dəyişkən olur. İnsanın əhavlı yuxarı qalxa, ya da müəyyən qədər aşağı enə bilər. Bu da insanın düşdüyü situasiyalardan asılıdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, insanlar müəyyən bir düşüncə pozuntularından əziyyət çəkirlər. İnsanın düşüncəsində yaratdığı vəziyyət duyğudur. Duyğudan qaynaqlanan da davranışlarla müşahidə olunur.

Hər bir insanın özünəməxsus xarakteri var və bu xarakterə uyğun olaraq davranışlarını nümayiş etdirir.

İnsanlarda duyğu pozuntusu onların bu həyata bələdləşməsindən asılı olur. Mütəmadi üzləşdiyi situasiyalara verdiyi reaksiya təfəkkürü ilə də əlaqədardır.

Duyğu pozuntularına həyəcan, təşviş pozuntuları aid oluna bilər. İnsanlar ilk öncə özlərinin diaqnozunu bilməlidir. Hər bir şəxs özündə cərəyan edən psixoloji pozunulara bələd olmalıdır.

İnsan psixologiyasının araşdırması mütləq mütəxəssis tərəfindən aparıla bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...