Gəncədə mənşəyi bilinməyən ƏTİN AŞKARLANMASI BARƏDƏ - AİB SƏDRİ DANIŞDI

“20 ildən çoxdur ki, Azad İstehlakçılar Birliyi xəstəlikdən ölmüş heyvan ətlərinin dərisinin soyulub satılmasının qarşısını almaq məqsədi ilə bir sıra işlər həyata keçirir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, biz daima bununla mübarizə aparmaq məqsədi ilə dövlətə məlumat veririk: “Bu işdə hər zaman Daxili İşlər Nazirliyini fəal şəkildə fəaliyyət göstərir. Daxili İşlər Nazilirliyinin Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsi belə məsələlər olan zaman dərhal müdaxilə edir və cinayət işi qaldırırlar. Lakin nədənsə Azərbaycan məhkəmələri belə insanlara bəraət verirlər. Bu illər boyu davam etsə də, zamanla bu kimi proseslərin qarşısı alınır. Biz görürük ki, at, eşşək və ya başqa heyvanların ətləri soyularaq bazara çıxarılır. Həmçinin belə ətlər baxçalara və restoranlara da gedib çıxır. Belə hadisələrin qarşısını almaq üçün ciddi ictimai qınaq lazımdır. Bu məsələr bələdiyyələrin, müəllimlərin, sahə həkimlərinin, kənd ağsaqqlarının gözü qarşısında baş verdi. Təəssüflər olsun ki, keçmişdən fərqli olaraq indi heç kim bir-birinin işinə qarışmaq istəmir. Ona görə də biz Azad İstehlakçılar Birliyi olaraq dəfələrlə kənd ağsaqqaları ilə bələdiyyələrlər işlər aparırıq ki, belə şeylərin qarşısını almaq üçün işlər görək”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə