Mədə problemi olanlar meyvəni püre halında yeməlidir - MÜTƏXƏSSİS AÇIQLADI

“Mədə xəstələri ilk növbədə həkimə müraciət etməlidir. Onlar endoskopiya müayinəsi olunmalıdırlar. Bundan sonra isə artıq müalicə tətbiq olunmalıdır. Artıq müayinələrdən sonra həkim tərəfindən hansısa tövsiyyələr oluna bilər”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib.

Onun sözlərinə görə, mədə qıcıqlanmasına və həzmsizliyə səbəb olan şəxslər üçün qızartmalar, ədviyyatlı yeməklər, emal olunmuş ət məsullarının istifadəsi düzgün hesab olunmur: “Hətta bu problemlərin başında da sadaladığımız ərzaqlardan çox istifadə dayanır.

Bəzən hətta meyvələr belə mədə problemi olan insanlarda həzmsizliyə səbəb olur. Yaxşı olar ki, bu zaman meyvə və tərəvəzlər püre halında qəbul olunsun.

Eyni zamanda turşulardan da uzaq durmaq məshələt görülür. Lakin az duzlu olan turşulardan az miqdar istifadə oluna bilər. Mədə xorası olan insanların çoxlu duzlu pendirlərdən də uzaq durması məqsədəuyğundur.

Mədə problemi ilə üz-üzə qalan insnalar yaxşı olar ki, tərəvəz şorbalarına üstünlük versinlər. Bundan əlavə yağsız bişmiş yeməklər istehlak etməlidirlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə