"Meymun çiçəyi" virusuna CƏMİYYƏTİN BAXIŞI - SORĞU

İki ildən çoxdur ki, dünyamız həmçinin ölkəmiz koronavirusdan əziyyət çəkirdi. Bu virus nəticəsində minlərlə insan həyatının itirmiş, dünyanın yarıdan çoxu bu virusa yoluxub. Zaman keçdikcə virus mutasiyalara uğrayaraq zərərsizləşib və öz təhlükəsini itirib. İndi isə bir çox ölkələrdə "meymun çiçəyi" virusu yayılıb. Bu günə qədər virus İngiltərə, İspaniya, Portuqaliya, ABŞ, Kanada, İsveç, İtaliya, Fransa, Belçika, Almaniya və Avstraliyada müşahidə edilib. Bəs görəsən şəkər sakinləri "meymun çiçəyi" virusu ilə bağlı nə fikirləşirlər. SİA olaraq paytaxt sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Sabirəxanım Əliyeva: ""Meymun çiçəyi" virusu ilə bağlı məlumatım yoxdur. Lakin viruslar təhlükəli bir şeydir. Ölkəmiz, dünyamız hələ təzəlikcə bir virusdan canını qutarıb. Təzə-təzə öz əvvəlki həyatımıza qayıtmışıq. İstəmərəm ki, yenidən virus olsun, qapanmalar olsun".

Şəhər sakini Əlövsət Abbasov: "Düzdür, artıq bir çox ölkələrdə bu virus yayılıb. Deyirlər ki, bu çiçək xəstəliyi kimidir. Amma yenə də virusun yoluxması istənilən deyil. Virusun yoluxması təbii ki, təhlükəlidir. Deyirlər ki, hələ Azərbaycanda yayılmayıb. Heç yayılmasın da. Allah dövlətimizi qorusun".

Şəhər sakini Səidə Quliyeva: "Əsrlər boyu xəstəliklər, viruslar olub. Amma biz hələ digər virusdan canımızı təzə qurtarmışıq. İnşallah ki, bu virus bizim ölkəyə də yayılmaz. Allah hər kəsə şəfa versin".

Şəhər sakini Xalid Quliyev: "Belə virusun olduğundan xəbərim yoxdur. Amma düşünürəm ki, bu virus bizim ölkəyə yayılmaz. Yaqin ki, bununla bağlı ölkəmizdə qabaqlayıcı tədbirlər görərlər. Allah xalqımızı qorusun".

Şəhər sakini Rza Abdullayev: "Şükür olsun ki, koronavirusdan canımız qurtardı. Bu virus səbəbilə nə qədər insan həyatını itirib. Təbii ki, insanlar virusa qarşı özünü qorumalıdır. Bu "meymun çiçəyi" virusu da inşallah ki, təhlükəli olmaz. Düşünürəm ki, tezliklə bu virusun qarşısı alınar. Allah bu virusa yoluxanlara şəfa versin".

Şəhər sakini Nəzakət Əliqızı: "Bu virusun yayılması təbii ki, pisdir. İnşallah bizim ölkəyə yayılmaz. Düşünürəm ki, dövlətimiz bununla bağlı ciddi tədbirlər görməlidir. Bu virusun ölkəmizdə yayılmasının qarşısını almaq lazımdır. İstəmirik ki, yenidən ölkəmizdə viruslar baş qaldırsın, qapanmalar olsun".

Şəhər sakini Sahib Vəliyev: ""Meymun çiçəyi" virusunun yayılması heç yaxşı hal deyil. İnsanlar yenidən əziyyət çəkməli olacaqlar. Kaş bu virusun qısa zamanda qarşısı alınar. Allahdan hər kəsə sağlamlıq arzu edirəm".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...