Rüstəm Muradovun qardaşı oğlu Ukraynada öldürüldü

Ukraynada gedən hərbi əməliyyatlarda Rusiya Qəhrəmanı, Cənub Hərbi Dairəsinin komandanının müavini, general-leytenant Rüstəm Muradovun qardaşı oğlu öldürülüb. SİA bu barədə "Baza" teleqram kanalına istinadən məlumat yayıb.

27 yaşlı Salman Süleymanov tağım komandiri olub. Salman döyüş zamanı öldürülüb. General-leytenant Muradovun özü Ukraynada yaralanandan sonra həmin vaxt xəstəxanada olub. Qardaşı oğlunun ölümü barədə ona məlumat verildikdə, Muradov onun dəfn edilməsi üçün heç olmasa bir tikə sümüyünün tapılmasını xahiş edib.

Mənbənin bildirdiyinə görə, nəticədə Salmanın qalıqları Dağıstanın Dərbənd şəhərinə, anadan olduğu vətənə gətirilib. General dəfn mərasimi üçün xəstəxanadan məzuniyyət götürüb.

Qeyd edək ki, Rüstəm Muradov 2022-ci ilin fevralına qədər Qarabağda Rusiya sülhməramlı kontingentinə komandanlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə