Fərdin üzləşdiyi travmalı situasiyalarla əlaqədar fobiyalar formalaşır - PSİXOLOQ DANIŞDI

“İnsanlarda fobiyalar müxtəlif səbəblərdən yaranır. Fərdin üzləşdiyi travmalı situasiyalarla əlaqədar bu fobiyalar formalaşır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, qorxu hər hansısa hadisəyə əsaslandığı halda, fobiya isə insanın təxəyyülündə yaratdığı situasiyaya qatdığı bir məna modelidir: “Yəni insanlar fobiyanın nəticəsində özlərini müəyyən bir həyati situasiyalardan təcrid edirlər.

Fobiyalar həddindən artıq çoxdur. Fobiyaların yaranmasına səbəb uşaqlıqda özlərinin təhrif etdikləri təxəyyülləridir. İnsanlar bu zaman gördüklərini təhrif edirlər. Eyni zamanda bu qidayla, hər hansısa bir yuxu ilə də əlaqədar ola bilər. Fobiya insanın özünün yaratdığı kiçik dünyasıdır.

Bir çox hamı tərəfindən bilinən fobiyalar da mövcuddur. Hansı ki, bu fobiyalar adətən bir çox insalarda müşahidə olunur. Ümumilikdə fobiyalar əsası olmayan, insanın özünün böyütdüyü, üzərində çox düşündüyü və vahimə ilə qarşıladığı situasiyalardır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...