“Qurd xəstəliyi parazitar xəstəlik olub və hər bir insanın yoluxması mümkün olan xəstəlik hesab olunur. Buna səbəb olan isə yuyulmamış meyvələr, çirkli əllər, yaxşı bişməmiş ətdir”. Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev deyib.

Onun sözlərinə görə, belə olan təqdirdə insan orqanizminə qurd süfrəsi daxil olduqdan 2-3 gün sonra xəstəlik baş qaldırır: “Əsasən halsızlıq, zəiflik, iştahanın olmaması, əsəbilik, dişləri tez-tez qıcamaq, gecə yatarkən ağızdan suyun axması, saç tökülməsi kimi şikayətlərlə müşahidə olunur. Bu xəstəliyin müalicəsi isə qurdun hansı qrupa daxil olması və hansı qurd növünün olmasından asılıdır”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB