Biz dili, dini və tarixi ənənələri eyni xalqıq - AYGÜN ƏLİYEVA

"Anlaşım memorandumu yenidir. Forumun əsas məqsədi odur ki, hər iki ölkənin QHT-ləri tədbirin ikinci hissəsində diskussiya formatında növbəti fəaliyyət planını planlaşdıracaqlar. İlk məqsəd beynəlxalq platformalarda QHT-lərin biri-birini dəstəkləməsidir". SİA xəbər verir ki, bu sözləri “Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu”nda Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, biz dili, dini və tarixi ənənələri eyni xalqıq: "Ona görə də adətlərimiz, düşüncələrimiz və tədbirlərimiz də eynidir. Bu səbəbdən hər iki ölkənin QHT-lərinin biri-birinə inteqrasiya olunması bizim üçün çox asandır".

Aygün Əliyeva sözlərinə belə davam edib: "Türkiyənin müstəqillik tarixi kimi vətəndaş cəmiyyəti tarixi də qədimdir. Ona görə də onların biri-biri ilə təcrübə mübadiləsi gələcəkdə Azərbaycan QHT-lərinin daha da mükəmməl fəaliyyəti üçün şərait yaradacaq.

Türkiyədə forumun keçiriləcəyi ilə bağlı bəyanat veriləcək. Bu tədbirin sonunda bəlli olacaq. Hələ ki, QHT-lər bununla bağlı müzakirə aparacaqlar. Nəzərdə tutulub ki, forumlar mütəmadi olaraq keçirilsin".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə