Avropa İittifaqı qadınları dəstəkləməyə hazırdır - SƏFİR BİLDİRDİ

"Qadınlara və qızlara qarşı zorakılıq insanlığa qarşı törəfilmiş soyqırımdır. Hər bir ölkə bu çağırışa cavab verməlidir". SİA xəbər verir ki, bu fikirləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda tədbir zamanı qeyd edib.

O bildirib ki, biz problemlərin qarşısını almalıyıq və qadınları qorumalıyıq: "Qadınlara qarşı zorakılıq Azərbaycan parlamentində aparıcı mövzu olmalıdır. Təhsilin gender bərabərliyini dəstəklədiyindən əmin olmaq üçün nəzarət mexanizmini gücləndirməlisiniz. Qadınları dinləməli və onların maraqları müdafiə olunmalıdır. Avropa İittifaqı qadınları dəstəkləməyə hazırdır. Qurbanların hüquqlarının müdafiə edilməsi üçün qanunvericilikdə dəyişikliklər etmişik".

Kəmalə Təyyarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...