Quduzluq xəstəliyinə yoluxmuş insan ilk olaraq NƏ ETMƏLİDİR? - HƏKİM AÇIQLADI

“Heyvanlar tərəfindən törədilən xəstəliklərin ən çox yayılmış halı dişləmələrdir. İnsanın vəhşi və ya ev heyvanı tərəfindən dişlənilməsinin nəticəsində baş verən hallar quduzluq xəstəliyidir”. Bu sözləri SİA-ya açıqlamasında həkim Tariel Eyvazov bildirib.

Onun sözlərinə görə, quduzluq xəstəliyi insana yalnız infeksiya, ağız suyu ilə keçir: “Yəni heyvanın dişləməsi, hətta dərinin zədələnmiş hissəsinə heyvanın ağız suyunun düşməsi ilə belə virusa yoluxmaq mümkündür.

Hazırda da bu problem çox geniş yayılıb. Statistik məlumata görə ildə 10 milyon adam quduzluq xəstəliyi ilə bağlı müraciət edir. 100 min ətrafında adam isə bu xəstəlikdən həyatını itirir. Bu virus 3 mərhələdə özünü göstərir.

İlkin olaraq əgər dişləmə halı baş veribsə, 5-7 gün sonra artıq halsızlıq, kefsizlik ola bilər. İkinci mərhələdə isə artıq daha güclü oyanmalar baş qaldırır. Ürəkbulanmalar, su gördükdə qorxmaq və s. kimi hallar baş qaldırır. Ümumiyyətlə tövsiyyə olunur ki, dişləmə hadisəsi baş verən kimi ilk olaraq yaxındakı tibb mərkəzinə yaxınlaşaraq antrabik vaksini vurulmalıdır. Adətən inkişaf etmiş ölkələrdə heyvanlar vaksinasiya olunur. Buna görə də quduzluq hallarına az rast gəlinir. Ölkəmizdə də ev heyvanları olan şəxslərə mütəmadi olaraq heyvanların vaksinasiya olunması tövsiyyə olunur. Ümumilikdə isə quduzluq olduca ağır bir xəstəlik hesab olunur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...