Azərbaycanda bir sıra bələdiyyələrdə Gender komissiyaları yaradılıb - KOMİTƏ SƏDRİ DANIŞDI

"Azərbaycanda gender problemləri ilə bağlı sistemli və əlaqələndirilmiş işin aparılması məqsədilə bələdiyyələrdə Gender komissiyaları yaradılıb". SİA xəbər verir ki, bunu "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, Gender komissiyaları risk qrupuna aid olan ailələrlə iş aparır, mövcud stereotiplərlə mübarizə istiqamətində maarifləndirmə tədbirləri təşkil edir:

"Düşünürəm ki, daha çox bələdiyyələri əhatə etmək üçün müvafiq dəstək göstərmək və təşviqat işlərində qanunlarda nəzərdə tutulan hədəflərə çatmaq üçün parlamentin iştirakı böyük töhfə olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə