"Abad həyət” layihəsi çərçivəsində növbəti həyətin açılışı olub - FOTOLAR

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həyata keçirilən silsilə tədbirlər çərçivəsində600-dən artıq nəfər sakinin yaşadığı Moskva prospekti 90 və 92 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti 90 və 92 saylı binaların fasadları vədam örtükləri əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib.

Görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi həyətə 2000 kv.m asfalt örtüyü, 1500 kv.m-dən artıq qazon, 500 kv.m tamet daşı vurulub, 300 p.m-dən artıq yeni bardürlər və kiçik tullantılarınatılması üçün yeni zibil qutuları qoyulub, 150 p.m. istinad divarı bərpa olunaraq aqlay daşla üzlənib. Əlillərin sərbəst hərəkəti üçün panduslar quraşdırılıb.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkiliüçün binaların həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri vəidman qurğuları quraşdırılıb.

Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəlləyə 50 ədədmüxtəlif növ həmişəyaşıl ağac, 500-dən artıq gül-çiçək kolları əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub.Yaşıllıqların suvarılması üçün 200 p.m. su xətti, atmosfer sularının kənarlaşdırılması üçün kanalizasiya xətti çəkilib. Həyətdə işıqlandırmasistemləri yenidən qurulub. Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı iləqarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...