Adı çiyələk özü isə pomidora oxşayan MƏHSULLAR BAZARI BASIB - MÜTƏXƏSSİS AÇIQLADI
“Bazarlarda hazırda təbii orqanik çiyələklərlə yanaşı parnik çiyələkləri də mövcuddur. Hansı ki, bəzi hallarda bu çiyələklər daha çox özündə pomidoru əks etdirir”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib.

Onun sözlərinə görə, Ukrayna və Rusiya müharibəsi başladıqdan sonra isə parnik çiyələk əkənlər Rusiyaya ixrac edə bilmədikləri üçün bu çiyələkləri bazara çıxarmaq məcburiyyətində qaldılar: “Pomidora oxşayan təbii olmayan çiyələklər təbii ki, parnikdə yetişdirilən çiyələklərdir. Eyni zamanda bu çiyələklər dərmanlar vasitəsilə bu hala gətirilir. Buna görə də bu cür çiyələklər zəhərlənmə verə bilərlər. Yaxşı yuyulmadıqda və ya çox istehlak olunduqda təbii ki, insan orqanizmi də fəsadsız ötüşmür. Təəssüf ki, bu cür məhsullar bizim bazarlarda da mövcuddur. Dərmanlanmış çiyələklərin qəbulu isə zamanla insanın genetik faktorlarına zərərsiz ötüşmür. Bu da gələcəkdə mutasiyalara gətirib çıxara bilər. Bu problem isə öz növbəsində uşaqların qüsurlu doğulması, yeni-yeni xəstəliklərin əmələ gəlməsi ilə nəticələnir.
Çiyələk alarkən böyük, iri çiyələklərə üstünlük vermək lazım deyil. Çünki bu onun hibrid olmasından xəbər verir. Çiyələk nə qədər xırda olarsa, o qədər də dadlı və orqanik olar. Xüsusilə də meşə çiyələkləri daha məqsədəuyğundur. Lakin bu cür təbii, orqanik çiyələkləri də hər adam seçə bilmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB