“Narkomaniyaya yox de” mövzusunda tədbir keçirilib

18.05.2022-ci il tarixində Zəngilan rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nərmin Hüseynzadənin təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Sektor Müdiri Raqif Allahverdiyev

Narkotizmlə Mübarizə İctimai Birliyinin İcraçı Direktoru Kənan Qubadzadə

Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Zakir Məmmədov

Zəngilan rayon 33№li və 29№li tam orta məktəblərin şagirdləri, müəllimləri , 29№li tam orta məktəbin psixoloqu Səbinə Qarayeva , həmin məktəbin Uşaq İctimai Birliyinin sədri Gülarə Həmzəyeva və digər idarə müəssisələrin əməkdaşları iştirak etdilər.

Zəngilan rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nərmin Hüseynzadə tədbiri giriş sözü ilə açaraq iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, çıxış edərək müasir dövrümüzün ən aktual problemlərindən biri olan narkomaniya ilə mübarizədə hər kəsin səfərbər olmalı olduğunu qeyd edib.

Daha sonra Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Sektor Müdiri Raqif Allahverdiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, sağlam gənclik naminə keçirilən bugünkü tədbirin böyük əhəmiyyəti olduğunu bildirib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin dövlətin əsas istiqamətlərindən biri olmasından söz açan natiq bu gün Azərbaycan gəncləri üçün geniş imkanlar yaradıldığını diqqətə çatdırıb. "Güclü dövlətin parlaq gələcəyi sağlam gənclikdən asılıdır. Bir dövləti məhv etmək üçün onun sağlam gəncliyini məhv etmək lazımdır”, - deyən R.Allahverdiyev gəncləri müstəqil Azərbaycanın bu günü, sabahı naminə narkotik vasitələrdən uzaq durmağa, xarici təsir altına düşməməyə çağırıb.

Narkotizmlə Mübarizə İctimai Birliyinin İcraçı Direktoru Kənan Qubadzadə çıxış edərək gənclərin sağlam gələcəyi naminə təşkil olunmuş tədbirə görə rayon rəhbərliyinə və tədbiri təşkil edənlərə gənclər adından minnətdarlığını bildirib. Bir gənc olaraq həmyaşıdlarını dövlətin, xalqın təhlükə mənbəyinə çevrilən, cəmiyyətin dəhşətli bəlası olan narkomaniya ilə mübarizədə aktiv olmağa səsləyib. Narkomaniya ilə mübarizə tədbirlərini gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qorumuş olduğumuzu söyləyib. Gənclərin dövlətçilik ruhunda yetişməsi, sosiallaşması, cəmiyyətə yararlı fərd olaraq formalaşması, onların bilik və bacarıqlarının, dünyagörüşlərinin genişləndirilməsi üçün şərait yaradılan və gəncləri bu imkanlardan istifadə etməyə, yararlanmağa çağırıb.

Daha sonra digər natiklər də Narkomaniya ilə mübarizənin təkcə hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin hər bir vətəndaşının üzərinə düşən əsas iş olduğunu bir daha söyləyib. Bu sahədə hər kəsi kompleks şəkildə mübarizə aparmağa səsləyib.

Sonra isə narkomaniya və onun törətdiyi fəsadlardan bəhs edən “Narkomaniyaya yox de” videoçarx nümayiş olunub.

Sonda isə tədbir diskusiya formatda yekunlaşdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...