“Gəncə Gənclər Debat Forumu: Yaz, 2022” uğurla başa çatıb! - FOTOLAR

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə "Respublika Gənclər Debat Forumu: Yaz, 2022" layihəsi çərçivəsində keçirilən “Gəncə Gənclər Debat Forumu” layihəsinin final və mükafatlandırma mərasimi baş tutub. SİA xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədr Ramin Orucov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova, təhsil müəssisələrinin nümayəndələri, təşkilat rəhbərləri və 500-dək gənc iştirak edib.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova Forumun açılış nitqini etdikdən sonra layihə barədə məlumat verib, mövzunun vacibliyini vurğulayıb. Tədbir daha sonra rəsmi qonaqların çıxışları ilə davam edib.

“Gəncə Gənclər Debat Forumu” çərçivəsində təlimlər mərhələsində 400-dək gənc, debatlardaa isə 48 komanda olmaqla 144 gənc “Erkən nikahların qarşısının alınmasında ailənin rolu” mövzusunda çıxış edib, 11 debat hakimi iştirak edib.

“Gəncə Gənclər Debat Forumu: Yaz, 2022”-nin final mərhələsində Gəncə Gənclər Evinin debat klubunun “Night of fire” (Camal Məmmədov, Ömər Məmmədli, Nərmin Tağıyeva) və ADAU debat klubunun “Larissa” komandaları (Ayşə Hümmətova, Səma Qocayeva, NərminMəmmədova) debat aparıblar.

Debat hakimlərinin nəticələrinə əsasən qalib Azərbaycan Dövlət Aqrar Universitetinin debat klubunun “Larissa” komandası (Ayşə Hümmətova, Səma Qocayeva, Nərmin Məmmədova), ən yaxşı natiqi Gəncə Dövlət Universitetinin tələbəsi Ömər Məmmədli olub.

Tədbirin sonunda isə 10 ən yaxşı natiq, finalçı, qalib komanda, debat hakimi və məşqçi təltif olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən layihənin məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərar vermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək və erkənnikahlar, onun fəsadları haqqında gənclərin məlumatlılığını artırmaq, fikir mübadiləsi aparmaqdır.

Layihənin təlimlər və regional forumları “Erkən nikahların qarşısının alınmasında ailə əsas faktordur” mövzusunda Bakı, Sumqayıt, Quba, Lənkəran, İsmayıllı, Biləsuvar, Şirvan, Ağdam, Mingəçevir, Şəki, Gəncə şəhərlərini əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...