Elektron məlumat bazasının təqdimat mərasimi keçirilib - FOTOLAR

Mayın 18-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Kitabxanaşünas-alim Rasim Kazımovun 90 illik yubileyinə həsr olunan tədbir, “Rasim Kazımov – 90” adlı ənənəvi kitab sərgisinin və “Kitabxanaşünas-alim Rasim Kazımov” adlı Elektron məlumat bazasının təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. O, bildirib ki, bu gün çox əlamətdar bir tədbirə –Azərbaycanda milli kitabxanaşünaslığın, kitabxana-biblioqrafiya sahəsinin görkəmli nümayəndələrindən biri, tanınmış kitabxana nəzəriyyəçisi, alim və pedaqoq Rasim Kazımovunişığına toplaşmışıq. Bu gün Rasim Kazımovun 90 illik yubileyi tamam olur. Rasim Kazımov Azərbaycan kitabxanaşünaslığının patriarxısayılan Abuzər Xələfovdan sonra kitabxanaşünaslıq sahəsində ən görkəmli alim olub. Direktor vurğulayıb ki, çox qürurvericidir ki, Rasim Kazımov əmək fəaliyyətinə məhz Milli Kitabxanada başlayıb. Daha sonra o, AMEA Mərkəzi Elmi Kitabxanasına direktor təyin edilib. Son olaraq direktor qeyd edib ki, R.Kazımovun ruhu şaddır, çünki bu gün ailəsi, tələbələri, yaxınları onun əziz xatirəsini anır. Neçə on illər keçsə də, gənc kitabxanaşünaslar Rasim müəllimin qələmə aldığı kitablardan bəhrələnəcək, ona istinad edəcəklər.

Tədbir zamanı Milli Kitabxananın hazırladığı “Kitabxanaşünas-alim Rasim Kazımov” (http://anl.az/el/emb/R.Kazimov/index.html) adlı Elektron məlumat bazası iştirakçılara təqdim edilib. Bildirilib ki, Elektron məlumat bazası “Rasim Əhməd oğlu Kazımovun həyatı, elmi-pedaqoji və təşkilati fəaliyyəti haqqında qısa oçerk”; “Həyat və fəaliyyətinin əsas tarixləri”; “Görkəmli şəxslər Rasim Kazımov haqqında”; “Əsərləri”; “Fotoqalereya” bölmələrindən ibarətdir.

Sonra BDU-nun “Kitabxana resursları və informasiya axtarış sistemləri" kafedrasının professoru Xəlil İsmayılov çıxış edərək alimlə bağlı xatirələri – onun keşməkeşli həyatı, insanpərvərliyi, tələbələrinə qayğısı barədə danışıb. Və belə bir tədbiri təşkil etdiyinə görə Milli Kitabxanaya, şəxsən Kərim müəllimə öz təşəkkürünü bildirib.

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı çıxış edərək görkəmli alim Rasim Kazımovun kitabxana işi sahəsindəki xidmətlərindən bəhs edərək bildirib ki, o, öz əsərlərində kitabxanaşünaslığa fəlsəfi baxımdan yanaşırdı. Bu isə onun ziyalı ailəsində böyüməsindən irəli gəlirdi. Bildirib ki, Rasim müəllim ilə bağlı xatirələrindən bəhs edən Ə.Cabbarlı bildirib ki, o həmişə Səməd Mənsurun “Həpsi rəngdir” şeirini deyirdi. Çıxışının sonunda Ə.Cabbarlı həmin şeirdən bir parçanı iştirakçılara təqdim edib.

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev çıxış edərək qeyd edib ki, bu gün biz fərəhlə bildiririk ki, Rasim Kazımov Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsində çalışıb. O, vurğulayıb ki, Rasim Kazımov daima ən gözəl sözlərlə yad edilir. Qeyd edib ki, bütünlükdə kitabxana, kitabxanaşünaslıq sahəsi multikultural cəmiyyətin bir hissəsidir. Bu sahədə çalışan görkəmli şəxslərin dəyərləndirilməsi, belə tədbirlərin keçirilməsi, ümumilikdə Azərbaycan mədəniyyətinə, elminə verdiyi dəyərə görə Milli Kitabxanaya, onun rəhbərliyinə öz təşəkkürünü bildirib. Çıxışının sonunda M.Əliyev mayın 24-də Mərkəzi Elmi Kitabxanada görkəmli alim Rasim Kazımov haqqında dəyirmi masanın keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirin davamında BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılov; Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova; BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədov; BDU Elmi Kitabxanasının direktoru Nigar İsmayılova; Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının müavini, “Əməkdar mədəniyyət işçisi” Zahirə Dadaşova və s. Rasim Kazımovun elmi və pedaqoji fəaliyyətihaqqında çıxış ediblər.

Daha sonra ailə üzvləri adından Rasim Kazımovun qızı, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının şöbə müdiri Leyla xanım İbrahimova çıxış edərək atası haqqında əziz xatirələrindən bəhs edib. Vətədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda iştirakçılar Milli Kitabxananın fondunda mühafizə olunan Rasim Kazımovun həyat və yaradıcılığını əhatə edən ənənəvi kitab sərgisi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...