Yaxın üç gün ərzində hava necə olacaq? - DİREKTOR AÇIQLADI

"20 may tarixində Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir". Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, mülayim cənub küləyi əsəcək: "Havanın 20-25 dərəcə olacaq. Mayın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu 22 dərəcəyədək isti olacaq. Bölgələrdə 19-usəhər saatlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da axşam bəzi şimal-qərb rayonlarında, 20-də isə əksər rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mərkəzi Aran rayonlarında hava 25-30, dağlarda isə 7-12 dərəcə isti olacaq".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...