Qanlı əqrəb ay tutulması nədir? - ASTROLOQ AÇIQLADI

“Qanlı əqrəb ay tutulması baş verir. Bu dəfəki dolunay, yəni bədirlənmiş ay deyil. Ondan daha böyük bir enerjiyə sahib olan göy hadisəsidir”. Bu sözləri SİA-ya açıqlamasında astroloq və spiritualist Rəşad Hacıyev bildirib.

Onun sözlərinə görə, bu bir ay tutulmasıdır: “Bu ay tutulması köklü dəyişikliklər gətirən bir prosesdir. Bu transformasiyalar bəzən istədiyimiz, bəzən isə istəmədiyimiz formada təzahür edir. Lakin axırda bu proseslər xeyrimizə olur. Təxminən təsiri 1 ay qabaq başlayıb və təsiri altı aya qədər davam edəcək. Bu hadisə bəzi insanlar üçün birdəfəlik, bəziləri üçün isə yavaş-yavaş dərin köklü dəyişikliklər gətirir. Bu dövrdə emosional və duyğusal olaraq hislərimizi daha da uclarda yaşayırıq. Köhnə mövzular yenidən gündəmə gələ bilər. Bəziləri üçün müəyyən məsələlər bitəcək və bu prosesin təsirləri bir günlük deyil. Yavaş-yavaş, 6 ay müddətində belə özünü göstərə bilər.

Bundan əlavə bu dövrdə gördüyümüz yuxular daha xəbərçi xarakter daşıyacaq. Bu dövrdə əgər nə qədər çox səhvlərimiz olubsa, bu dəyişiklikləri də daha çətin yaşayacağıq. Bu dönəmlər Xərçəng, Balıq bürcləri üçün daha çox şans gətirəcək. Eyni zamanda Oğlaq və Qız bürcləri üçün də daha şanslı dövrlərdir.
Lakin Şir, Dolça və Buğa üçün isə daha çətin dövrdür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə