Evin aurasını müsbətə çevirmək üçün nə etmək lazımdır? - PSİXOLOQ DANIŞDI

“İnsanlar çox fərqlidir və hər kəsin fərqli zövqü var. Bir insanın hər hansısa bir rəng, fiqurla bağlı acı xatirələri ola bilər. Həmçinin də əksinə əşya və rəng ilə bağlı xoş xatirələri ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Onun sözlərinə görə, buna görə də ümumilikdə hansı fiqur, hansı rəng, hansı əşyalardan istifadə etmək lazım olduğunu konkret şəkildə demək çətindir: “Təbii ki, insana xoş olan xatirələrlə dolu olan fiqurların əşyaların saxlanılması tövsiyə olunur. Bu cür əşyalar evdəki ab-havaya böyük təsir göstərir. Təbii ki, təmizlik, əşyaların az olması, azad, sərbəst yaşamağı sevən, özünə vaxt ayıra bilən insanlara hər zaman tövsiyə olunur ki, daha az əşya, daha az insanlarla əhatə olunmalıdırlar. Çünki çox əşya olduqca insanın da aurasına təsir edir və yük olur.

Çox vaxt ev sakinlərinin zövqləri biri-birilə uyuşmur. Bu zaman bu balansı qoruyub saxlaya bilmək çox vacibdir. Hər kəsin fikrini diqqətdə saxlamaq lazımdır. Əks halda bu cür məsələlər problemlərə səbəb olacaq. Diskomfort hiss olunan mühitdə münasibətlər də korlanır. Buna görə də qarşılıqlı razılaşma çox önəmlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə