İsti qida qəbulu mədə xərçəngi riskini artırır - MÜTƏXƏSSİS AÇIQLADI

“Ümumiyyətlə, yeməkləri soyuq və ya isti qəbul etməyin sadəcə mədəyə deyil, ağız boşluğundan tutmuş qida borusu, mədə və bağırsaqlara kimi öz təsirini göstərir. Temperaturdan asılı olaraq birinci yanıqlara səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, bu bölgələr həssas bölgələr olduğundan yanığa səbəb olur: “Çox isti yeməklər qəbul edən insanlarda mədə xərçənginə tutulma riski daha çox olur. Buna görə də diqqət etmək lazımdır ki, yeməklər həddindən artıq çox isti qəbul edilməsin. Buna sadəcə yemək deyil, eyni zamanda isti içkilərin qəbulu zamanı da diqqət etmək lazımdır. Bəzi insanlar çayı həddindən artıq isti qəbul edirlər. Bu da orqanizm üçün çox zərərlidir. Bu kimi hallardan uzaq durmaq lazımdır. İsti içkilər ağızda olan bəzi fermentlərin ifraz olunmasının qarşısını alır. Həmin ferment də normal şəkildə ifraz olunmadıqda qəbul etdiyimiz karbohidratlı yeməklərin parçalanmasına imkan vermir. Bu isə karbohidratlardan alacağımız lazımlı maddələri ala bilmirik. Buna görə də bu məqama da mütləq şəkildə diqqət etmək lazımdır. Soyuq şəkildə qəbul olunan qidalar orqanizm üçün zərərli hesab olunur.

Meyvələrin ev havasında qəbul edilməsi daha məqsədəuyğundur. Həddindən artıq çox qəbul olunan meyvələr və digər qidalar diş ətlərində də problemlərə gətirib çıxarır. Bu da erkən yaşlarda damaqlarda problemlərin yaranmasına səbə olur.
Konkret olaraq qidalar soyuq və ya isti qəbul edilməlidir kimi bölmək mümkün deyil. Amma hər bir halda çox isti və ya çox soyuq şəkildə qida qəbulu orqanizm üçün zərərlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə