Aksiya iştirakçılarının səsləndirdiyi fikirlərin cəmiyyətdə ciddi əsası yoxdur - SƏDR AÇIQLADI
“Azərbaycan hüquqi demokratik dövlətdir. Burada söz demək üçün hər cür şərait var”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, etiraz aksiyası keçirmək istəyənlər hüquqa uyğun və icazə alınaraq keçirilməlidir: “Göründüyü kimi bu gün keçirilən aksiya icazəsiz keçirilən aksiyadır. Buna baxmayaraq, Azərbaycan dövləti onlara humanist yanaşır. Heç kəsə zor tətbiq olunmadı, heç kim saxlanılmadı və həbs olunmadı. Sakit və zərərsiz bir şəkildə aksiya ötüşdürülür. Burada hüquq-mühafizə orqanları çox ciddi şəkildə işlər görür və humanist davranırlar. Yaxşı olardı ki, aksiyalar qanun çərçivəsində hüququn tələb etdiyi normalar çərçivəsində keçirilsin. Əgər, kimsə söz demək istəyirsə, sosial şəbəkə və ya media vasitəsilə deyə bilər. Aksiyalar icazəsiz olaraq keçirilsə də, yenə də Azərbaycan dövləti və hüquq-mühafizə orqanları onlara humanist davranır. Bu, aksiyanın gedişatında da açıq-aşkar şəkildə görünür.
Digər bir məsələ isə aksiya iştirakçılarının səsləndirdiyi fikirlər və şüarlarla bağlıdır. Əvvəlcə onu qeyd etmək lazımdır ki, aksiya iştirakçılarının səsləndirdiyi fikirlərin və ya şüarların cəmiyyətdə ciddi əsası yoxdur. Aksiyaya qoşulan iştirakçıların kifayət qədər az olması onu göstərir ki, onların fikirlərini qəbul edən heç kəs yoxdur. Onların səsləndirdiyi şüarlar yalnız bir neçə nəfərin fikridir”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB