Heç kimin oxucunun ədəbi zövqünü korlamağa ixtiyarı yoxdur - BAŞ REDAKTOR AÇIQLADI
“Kağız idxalının və satışının əlavə dəyər vergisindən azad edilməsini müsbət qiymətləndirirəm. Etiraf edək ki, Azərbaycanda istər orta məktəblərdə, istərsə də bədii, elmi ədəbiyyat kitabların qiyməti çox baha idi”. Bu sözləri SİA-ya açıqlamasında “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib.
Onun sözlərinə görə, kitabların qiyməti demək olar ki, orta və aşağı təbəqə üçün əlçatan deyildi: “Kitabların az oxunmasının, o cümlədən məktəblərin və valideynlərin müəyyən çətinliklərlə üzləşməsinin bir səbəbi də kitabların baha olması idi. Ümid edirəm ki, məlum qərardan sonra həm bədii ədəbiyyatın, həm dərsliklərin, həm də digər çap məhsullarının qiymətində müsbət amillər nəzərə çarpacaq. Biz həmişə insanları oxumağa, mütaliə etməyə həvəsləndirməliyik. Xüsusilə yeniyetmə və gənclərimiz arasında kitabın təbliğatına çox böyük ehtiyac var. Kitab və elmin alternativi yoxdur. Bu baxımdan kitab hər kəsə əlçatan olmalıdır. Məlum qərardan sonra bu sahədə müsbət dəyişikliyin olacağına inanıram.
Kitabın qiymətinin ucuz olması o demək deyil ki, hər kəs kitab alacaq. Bu sahədə maarifləndirmə işlərinə ehtiyac var. Kitabların satılmasına maraqlı olan insanlar həmçinin yaxşı və keyfiyyətli kitab yazmalıdırlar. Mənasız, söz yığımından olan kitablar hətta pulsuz paylansa belə oxucunun rəğbətini qazana bilməyəcək. Dövlət bu işin maddi tərəfinə təkan verdi. Mənəvi tərəfin öhdəliyi isə yazarların və nəşriyyatın üzərinə düşür. Heç kimin oxucunun ədəbi zövqünü korlamağa ixtiyarı yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB