“Yaşatdım ki, yaşayım” və “Qələmin işığında” adlı kitabların təqdimat mərasimi keçirilib - FOTOLAR

Bu gün jurnalist, kitabxanaçı Ədilə Qocayevanın "Yaşatdım ki, yaşayım" və "Qələmin işığında" adlı iki cildli kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə bildirilib ki, birinci cilddə, “Yaşatdım ki, yaşayım” adlı kitabda Ulu Öndər Heydər Əliyevin mədəniyyətə, incəsənətə qayğısı, mədəniyyət incəsənət xadimi, bəstəkarlar, muğam ifaçıları, Azərbaycanın tanınmış ifaçıları rəqs sənətinin korifeyləri haqqında məqalələr toplanıb.

İkinci cilddə, yəni "Qələmin işığında" kitabında isə kino, teatr aktyorları, rəssamlar haqqında materiallar, eyni zamanda elm-təhsil, səhiyyə haqqında materiallar və Qarabağ problemləri başlayan gündən bugünə qədər olan bütün hadisələr və şəhidlər haqqında olan məqalələr öz əksini tapıb. Eyni zamanda sosial həyat əlillərlə bağlı məqalələr də var.

Kitabda təxminən 250-300 nəfərə qədər insan haqqında və onlardan götürülmüş müsahibələrlə bağlı məqalələr dərc olunub. Təxminən 10 ilə yaxın bir müddətdə başa gəlib. Yəni, 10 min qəzetin içindən, eyni zamanda 3 min məqalənin içindən ən seçimli yazılar bu kitaba salınmışdır. Bunlar Azərbaycanın ən tanınmış adamları, korifey sənətkarları, muğam ifaçıları, bəstəkarlar haqqında olan yazılardır.

Ədilə Qocayeva deyir ki, “mən əlimə qələm götürəndən heç vaxt elə-belə sənəti olan adamlar haqqında yazı yazmamışam. Eyni zamanda elm-təhsil səhiyyə sahəsində olan ən qabaqcıl insanları işıqlandırmağa çalışmışam”.

Ədilə Qocayevanın yazılarının ən dəyərli vəziyyətlərindən biri də odur ki, o təkcə müasirləri haqqında deyil, yaddan çıxmış, çoxdan unudulmuş sənətkarları axtarıb araşdırmış, jurnalist araşdırması apararaq onların öz məqalələrində dərc etdirib. Yəni, bir çox jurnalistlər adətən müasirləri haqqında müsahibələr götürürlər. Amma Ədilə Qocayeva özündən müasirlərindən qabaqkı sələflər haqqında, yəni, o üzünü görmədiyi, haqqında eşitdiyi, kitablardan oxuduğu insanlar, sənətkarlar, elm-təhsil və səhiyyə işçiləri haqqında məqalələr yazmışdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...